HƏMAS Fələstin xalqını təmsil etmir - Misir XİN

HƏMAS Fələstin xalqını təmsil etmir - Misir XİN

Bakı. TurkicWorld:

HƏMAS Fələstin xalqını təmsil etmir.

TurkicWorld-un məlumatına görə, bu barədə Misirin xarici işlər naziri Sameh Şükri Münhen Konfransında Misirin Həmas hərəkatı ilə bağlı rəsmi mövqeyini ifadə edib.

“HƏMAS Fələstin xalqının, Fələstin Muxtariyyətinin maraqlarını, İsrailin tanınmasını, danışıqlar yolu ilə nizamlanmanın tanınmasını, zorakılıq təbliğatından əl çəkməyin maraqlarını təmsil etməyib.” - deyə nazir bildirib.

O qeyd edib ki, Qəzzada HƏMAS-ı maliyyələşdirən və dəstəkləyənləri də məsuliyyətə cəlb etmək lazımdır.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.

Hafiz Rufizoğlu