Bakı. TurkicWorld:
Rəfahda keçiriləcək hərbi əməliyyatın ağır nəticələri olacaq.
TurkicWorld-un məlumatına görə, bu barədə Misir Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Misir Xarici İşlər Nazirliyi İsrail hökumətinin yüksək rütbəli rəsmilərinin Qəzzanın cənubundakı Rəfah şəhərində hərbi əməliyyat olacağına dair açıqlamalarının qətiyyətlə rədd edildiyini açıqlayıb.
Bəyanatda İsrailə şəhərə mümkün qurudan hücumun ağır nəticələrə səbəb olacağı xəbərdarlığı edilib.
1 milyon 400 mindən çox insanın sığındığı şəhərin Qəzzada sonuncu təhlükəsiz bölgə olduğu üçün hədəfə alınmasının qarşısını almaq üçün bütün regional və beynəlxalq səylərin birləşdirilməli olduğu vurğulanıb.
Rəfah şəhərini hədəf almaq, humanitar yardımın qarşısını almaq və Fələstin xalqını köçürmək, Beynəlxalq insan haqlarının və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinin açıq şəkildə pozulması kimi qeyd edilən bəyanata görə, Misir atəşkəs və əsirlərin mübadiləsi üçün bütün tərəflərlə təmaslarını davam etdirəcək.
Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətdən İsrailə edilən səylərə müsbət cavab verməsi və gərginliyi daha da artırmaması üçün təzyiq göstərməsi istənilib.
Hafiz Rufizoğlu