Dubayda uçan taksi xidməti fəaliyyətə başlayıb

Dubayda uçan taksi xidməti fəaliyyətə başlayıb

Bakı. TurkicWorld:

Dubayda uçan taksi xidməti fəaliyyətə başlayıb.

TurkicWorld-un məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.

Taksi pilot və dörd sərnişin daşımaq qabiliyyətinə malikdir.

Maksimal uçuş məsafəsi 161 kilometr, maksimum sürəti saatda 320 kilometr olan uçan taksinin ümumilikdə dörd stansiyası olacaq.

Taksi xidməti Dubay Beynəlxalq Hava Limanı yaxınlığında, Downtownda, Dubay Marinada və Palm Jumeirahda fəaliyyət göstərəcək.

Məlumat üçün qeyd edək ki, Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə endiriləcək.

Hafiz Rufizoğlu