Pakistanda son 24 saat ərzində üçüncü bombalı hücum həyata keçirilib

Pakistanda son 24 saat ərzində üçüncü bombalı hücum həyata keçirilib

Bakı. TurkicWorld:

Pakistanda son 24 saat ərzində üçüncü bombalı hücum həyata keçirilib.

TurkicWorld-uin məlumatına görə, hücum Pakistanın Kəraçi şəhərində baş verib.

İlkin məlumata görə, hücum nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

Bölgəyə çoxlu sayda polis və təcili yardım göndərilərkən, hücumla bağlı araşdırma başladılıb.

Məlumat üçün qeyd edək ki, Bəlucistan əyalətində iki bombalı hücum baş verib.

Bəlucistandakı hücumlarda ölənlərin sayı 27-yə yüksəlib

Hafiz Rufizoğlu