Avropa Sülh Fondunun artımına veto qoymayacağıq - Peter Siyarto

Avropa Sülh Fondunun artımına veto qoymayacağıq - Peter Siyarto

Bakı. TurkicWorld:

Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunda artıma veto qoymayacaq.

TurkicWorld xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto VRT telekanalına müsahibəsində deyib.

Siyarto vurğulayıb ki, Avropa Komissiyası Aİ ölkələrinə Kiyevə silah tədarükünü kompensasiya etmək üçün bu il Avropa Sülh Fondunun 5 milyard avro artırılmasını təklif edib.

"Bizim üçün silah tədarükü qırmızı xətt olduğundan, bu məsələdə iştirak etməyəcəyik. Ancaq Macarıstan başqalarının bunu etməsinə mane ola bilməz və olmayacaq", - o deyib.