ABŞ əsgərlərinin öldürülməsi regional münaqişəni genişləndirə bilər – İraq hökuməti

ABŞ əsgərlərinin öldürülməsi regional münaqişəni genişləndirə bilər – İraq hökuməti

Bakı. TurkicWorld:

ABŞ əsgərlərinin öldürülməsi regional münaqişəni genişləndirə bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə İraq hökuməti bildirib.

İordaniya-Suriya sərhədində ABŞ bazasını hədəf alan pilotsuz təyyarə hücumundan sonra İraq üç ABŞ əsgərinin ölümünə səbəb olan hücumu qınayıb.

Hökumət bölgədəki ciddi təhlükəsizlik inkişaflarından narahatlığını ifadə edərək, davam edən gərginliyi, xüsusilə də Suriya-İordaniya sərhədindəki son hücumu izlədiyini bildirib.

Oktyabrın 7-dən Qəzza zolağında İsrail və HƏMAS arasında davam edən qarşıdurmanın dayandırılması tələb edilib.

Hökumət mübahisənin yayılmasının qarşısını alacaq qarşılıqlı fəaliyyət üçün fundamental təlimatların hazırlanması üzərində işləməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, 28 yanvar tarixində İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç amerikalı hərbçi ölüb, 20-dən çox hərbiçi isə yaralanıb.

Hafiz Rufizoğlu