Bakı. TurkicWorld:
Çexiya ABŞ-dan 24 ədəd F-35 almaq üçün müqavilə imzalayıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Çexiyanın müdafiə naziri Jana Vernochova bildirib.
O, ABŞ-ın Praqadakı səfiri Bijan Sabet ilə 24 ədəd F-35 qırıcısı almaq üçün müqavilə imzalayıb.
“Ölkə tarixində ən yüksək müdafiə xərcləri” olaraq xarakterizə edilən müqavilə çərçivəsində Çexiya sözügedən döyüş təyyarələri üçün ABŞ-a təxminən 6,5 milyard dollar ödəyəcək.
Çexiyanın ilk təyyarəsini 2031-ci ildə alması gözlənildiyi halda, bütün daşımaların 2035-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.
Sözügedən döyüş təyyarələri hazırda ölkədə istifadə olunan İsveç istehsalı olan “Saab JAS 39 Gripen” model təyyarələrini əvəz edəcək.
Hafiz Rufizoğlu