Kanadada idman şirkətinin helikopteri qəzaya uğrayıb

Kanadada idman şirkətinin helikopteri qəzaya uğrayıb

Bakı. TurkicWorld:

Kanadada "Escape" dağ-xizək idman şirkətinin şəxsi helikopteri qəzaya uğrayıb.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisə yerinə beş təcili yardım maşını göndərilib.

Hadisə yerində xilasedicilər tərəfindən köməklik göstərilib və 4 yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.