İsrail Beynəlxalq Ədalət Məhkəməsində soyqırım iddialarını rədd edib

İsrail Beynəlxalq Ədalət Məhkəməsində soyqırım iddialarını rədd edib

Bakı. TurkicWorld:

İsrail Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) gətirdiyi soyqırım ittihamlarını rədd edib.

TurkicWorld-un məlumatına görə, İsrail Qəzzada etdiklərinin səbəbinin öz xalqını qorumaq olduğunu bildirib.

Cənubi Afrika, İsrailin Qəzzada ən azı 70 %-i qadın və uşaqlar olmaqla 23,500-dən çox fələstinli öldürdüyünü irəli sürüb.

İsrail tərəfi qeyd edib ki, Cənubi Afrikanın səsləndirdiyi iddiaların heç bir sübutu yoxdur.

Hafiz Rufizoğlu