Son dəqiqə

İran partlayış

İrandakı partlayışlarda 80-dən çox adam ölüb

Bakı. TurkicWorld:

İranın Kirman əyalətində dünən baş verən partlayışlar nəticəsində 84 nəfər həlak olub.

TurkicWorld-un İran KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi bildirib.

"Son bir neçə saat ərzində bu hadisənin qurbanları üzərində 119 əməliyyat aparılıb. Məhkəmə-tibbi ekspertizasının məlumatına görə, bu günə qədər bu hadisə nəticəsində ölənlərin sayı 84 nəfərdir. Vəziyyəti ağırdır", - deyə o bildirib.

Qeyd edək ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.

Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.

Mövzuya görə xəbərlər