Son dəqiqə

İsrail Qətər Qəzza zolağı

Qəzzada müvəqqəti atəşkəsin bərpa edilməsi üçün addımlar atılır – Qətər XİN

Bakı. TurkicWorld:

Qəzzada müvəqqəti atəşkəsin bərpa edilməsi üçün addımlar atılır.

TurkicWorld-un məlumatına görə, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani bildirib.

Əl Tani, Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KİK) Xarici İşlər Nazirləri toplantısında çıxış edib.

O vurğulayıb ki, Qətər müvəqqəti atəşkəsin bərpası və daha sonra Qəzzada daimi atəşkəsə nail olmaq üçün bütün fəal ölkələrlə işləməyə davam edəcək.

Əl Tani çərşənbə axşamı keçirilməsi planlaşdırılan 44-cü Körfəz Əməkdaşlıq Şurasının Zirvə Toplantısından əvvəl keçirilən nazirlər toplantısında üzv ölkələr arasında bir çox əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib.

Qətərin sədrliyi ilə keçirilən iclasda Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi çıxışında regional və beynəlxalq məsələlərlə yanaşı, birgə əməkdaşlıq tələb edən məsələlərin müzakirə edildiyini qeyd edib.

Məlumat üçün qeyd edək ki, 9 dekabr 2022-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Körfəz Əməkdaşlıq Təşkilatının 43-cü Sammiti keçirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər