Son dəqiqə

Yunanıstan

Yunanıstanın Lesbos adasında gəmi batması nəticəsində 14 nəfər itkin düşüb

Bakı. TurkicWorld:

Egey dənizində baş verən fırtına nəticəsində yük gəmisi batıb.

TurkicWorld-un məlumatına görə, hadisə Yunanıstanın Lesbos adasının sahillərində qeydə alınıb. Gəmidə 14 ekipaj üzvünün olduğu bildirilib.

Fırtına nəticəsində batan gəminin Misirdən yola düşərək İstanbula doğru hərəkət etdiyi qeyd edilib.

Yunanıstan sahil mühafizəsi itkin düşən 14 dənizçinin tapılması üçün axtarış-xilasetmə işləri aparır.

Mövzuya görə xəbərlər