Bakı. TurkicWorld:
İsrail öhdəliklərini yerinə yetirənə qədər əsirlərin dəyişdirilməsi prosesini təxirə saldıq.
TurkicWorld-un məlumatına görə, bu barədə HƏMAS-ın silahlı qanadı olan Qəssam Birqadaları açıqlama verib.
"İsrail məhbusların azad edilməsi və Qəzzanın şimalına humanitar yardımların daxil olması ilə bağlı razılaşmaya əməl edənə qədər məhbusların azad edilməsini təxirə saldıq" – deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, yardım maşınlarının Qəzzanın şimalına çatmır.
Əsirlərin nə vaxt azad ediləcəyi ilə bağlı məlumat paylaşılmayıb.
Hafiz Rufizoğlu







