Son dəqiqə

Co Bayden

Qəzzada döyüşlərdə fasilənin uzadılması ehtimalı yüksəkdir - Bayden

Bakı. TurkicWorld:

Qəzza zolağında hərbi əməliyyatlarda fasilənin uzadılması ehtimalı mövcuddur və yüksəkdir.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden deyib.

"Hesab edirəm ki, real ehtimal var", - deyə o, HƏMAS tərəfindən əsir götürülmüş girovların azad edilməsinə başlaması fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı jurnalistlərə bildirib.

C.Bayden Massaçusets ştatının Atlantik sahillərində yerləşən Nantaket kurort adasında mətbuata açıqlama verib.

Mövzuya görə xəbərlər