Son dəqiqə

İsrail Qətər Qəzza zolağı

Qəzzada humanitar fasilə yerli vaxtla saat 07:00-da başlayıb - Qətər XİN

Bakı. TurkicWorld:

Qəzzada humanitar fasilə yerli vaxtla saat 07:00-da başlayıb.

AzerPress-in məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik cümə günü yerli vaxtla saat 16:00-da aralarında qadın və uşaqların da olduğu 13 israilli girovun azad ediləcəyini açıqlayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 min 300-ə yüksəlib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Mövzuya görə xəbərlər