Son dəqiqə

İsrail Qəzza zolağı Cənubi Afrika Respublikası

Cənubi Afrika Parlamenti İsrail səfirliyini bağlamaq qərarına gəlib

Bakı. TurkicWorld:

Cənubi Afrika Parlamenti İsrail səfirliyini bağlamaq qərarına gəlib.

TurkicWorld-un məlumatına görə, Cənubi Afrika Parlamentində keçirilən səsvermədə 248 cənubi afrikalı millət vəkili təklifin lehinə səs verib, 91 deputat isə əleyhinə səs verib.

Cənubi Afrikada müxalif İqtisadi Azadlıq Mübarizəçiləri (EFF) tərəfindən parlamentə gətirilən təklif hakim Afrika Milli Konqresi (ANC) tərəfindən də dəstəklənib.

Səsvermədən əvvəl İsrail rəhbərliyi Cənubi Afrika rəsmilərinin Qəzzaya hücumlarla bağlı verdiyi açıqlamalara qarşı Pratoriya səfiri Eliav Belotserkovskini məsləhətləşmələr üçün geri çağırdığını açıqlamışdı.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər