Bakı. TurkicWorld:
Noyabrın 19-da Qəzza zolağında "Əl-Şifa" xəstəxanasından təxliyə edilən 12 vaxtından əvvəl doğulmuş körpə Qahirəyə aparılıb. Daha 16 körpə "Əl-Ariş" şəhərində xəstəxanaya yerləşdirilib.
TurkicWorld-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində yazıb.
"Dünən "Əl Şifa" xəstəxanasından təxliyə edilən 31 vaxtından əvvəl doğulmuş körpədən 28-i sağ-salamat Misirdə müalicə olunmaq üçün Əl-Arişə aparılıb. Bunlardan 12 körpə hava yolu ilə Qahirəyə göndərilib", - deyə o bildirib.
T.A.Qebreyesus ÜST-nin "Əl-Şifa" xəstəxanasına apardığı qiymətləndirmə missiyasından sonra tibb müəssisəsinin artıq işləyə bilməyəcəyini və bütün xəstələrin təcili təxliyə edilməli olduğunu deyib.