Son dəqiqə

İran İbrahim Rəisi Səudiyyə Ərəbistanı

İran prezidenti ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Qəzzadakı vəziyyəti müzakirə ediblər

Bakı. TurkicWorld:

İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş nazir Məhəmməd bin Salman Əl Səudla görüşüb.

TurkicWorld xəbər verir ki, tərəflər Qəzza zolağında baş verənləri və hərbi gərginliyin artmasını müzakirə ediblər.

Qeyd edək ki, Rəisi İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki vəziyyətlə bağlı fövqəladə sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdədir.

Mövzuya görə xəbərlər