Son dəqiqə

Fələstin İsrail Ərəb Liqası Qəzza

Ərəb Liqası Qəzzada baş verənləri müzakirə etmək üçün təcili iclas keçirəcək

Bakı. TurkicWorld:

Ərəb Liqası 11 noyabr tarixində Qəzzada baş verənləri müzakirə etmək üçün təcili iclas keçirəcək.

TurkicWorld xəbər verir ki, bununla bağlı 22 ərəb ölkəsinin üzv olduğu beynəlxalq təşkilat olan Ərəb Liqası qərar verib.

Qeyd edək ki, Ərəb Liqasının xarici işlər nazirləri İsrailin blokada altındakı Qəzza zolağına hücumlarını müzakirə etmək üçün oktyabrın 12-də Misirin paytaxtı Qahirədə fövqəladə toplantı keçirib. Mərakeş, Əlcəzair və İordaniya xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətə təcili müdaxilə çağırışı edib.

Daha sonra isə Ərəb Liqası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının "Qəzzada daimi humanitar atəşkəs çağırışı" qərarını alqışlayıb və bunun "beynəlxalq cəmiyyətin həqiqi iradəsini əks etdirdiyini" bildirib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər