Son dəqiqə

Azərbaycan Pakistan

Pakistan səfirliyində “Kəşmir Qara Günü”ilə bağlı tədbir keçirilib

Bakı. TurkicWorld:

Pakistanın Azərbaycandakı səfirliyində “Kəşmir Qara Günü” ilə bağlı tədbir keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəsmiləri, KİV-ləri təmsil edən jurnalistlər iştirak edib.

Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Sara İcaz bildirib ki, 27 oktyabr 2023-cü ildə Hindistanın mübahisəli Cammu və Kəşmir əyalətinin qanunsuz işğalının 75 ili tamam olur.

“Qeyri-qanuni işğal olunmuş Cammu və Kəşmirin əhalisi amansız işğal altında əziyyət çəkməyə dvam edir”, -deyə o vurğulayıb.

Bundan əlavə, o, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və 4-cü Cenevrə Konvensiyasının açıq şəkildə pozulması ilə bağlı məlumat verib.

Daha sonra tədbir iştirakçıları Azərbaycanın BMT qətnamələrinə uyğun olaraq Cammu və Kəşmir məsələsinə ardıcıl dəstəyini bir daha vurğulayıb.

Qeyd edək ki, 27 oktyabr 1947-ci ildə Hindistan Cammu və Kəşmir əyalətini işğal edib. Hər il oktyabrın 27-si “Kəşmir Qara Günü” kimi qeyd olunur.

Mövzuya görə xəbərlər