Qərbin Moskvaya qarşı aqressiyası ABŞ-nin "səlib yürüşü"nün bir hissəsidir - Lavrov

Qərbin Moskvaya qarşı aqressiyası ABŞ-nin "səlib yürüşü"nün bir hissəsidir - Lavrov

Bakı. TurkicWorld:

ABŞ müstəqilliyini və milli maraqlarını müdafiə edən bütün ölkələrə qarşı "səlib yürüşü" aparır.

TurkicWorld xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən "Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər" adlı yüksək səviyyəli beynəlxalq konfransın plenar iclasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin Moskvaya qarşı aqressiyası bu "səlib yürüşü"nün yalnız bir hissəsidir.

"Açıq-aşkardır ki, Qərbin Rusiyaya qarşı aqressiyası ABŞ və əlaltılarının beynəlxalq birliyin öz müstəqilliyini nümayiş etdirən istənilən üzvünə qarşı yürütdüyü "səlib yürüşü"nün yalnız bir hissəsidir", - o deyib.

Bundan başqa, Lavrov Rusiyanın hazırda Qərb dövlətləri ilə konstruktiv danışıqlar üçün heç bir perspektiv görmədiyini də bildirib.