Fələstin İsrail Türkiyə xarici işlər nazirliyi Qətər Hakan Fidan

Beynəlxalq hüququn pozulmasında əli olan bütün tərəflər məsuliyyətə cəlb edilməlidir

Bakı. TurkicWorld:

İsrail-Fələstin münaqişəsində beynəlxalq hüququn pozulmasında əli olan bütün tərəflər məsuliyyətə cəlb edilməlidir

TurkicWorld xəbər verir ki, bu sözləri Qətərin xarici işlər naziri Əbdürrəhman əl-Tani Türkiyə XİN rəhbəri Hakan Fidanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"Hazırda qəzzalılar çox ağır vəziyyətdədir, bu, qəbuledilməzdir", - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 5 min 791 nəfərə çatıb.

Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər