Son dəqiqə

İsrail Qəzza zolağı Ərəb Liqası

Ərəb Liqası beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada törətdiyi cinayətləri dayandırmağa çağırıb

Bakı. TurkicWorld:

Ərəb Liqası beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada törətdiyi cinayətləri dayandırmağa çağırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt bildirib.

Ərəb Liqasından verilən yazılı açıqlamaya görə, Əbu Qayt Misirin paytaxtı Qahirədəki ofisində İngiltərənin xarici işlər naziri Ceyms Cleverly ilə görüşüb.

Görüşdə İsrailin blokada altındakı Qəzza zolağına davam edən hücumları və bölgədəki gərginlik müzakirə edilib.

Əbu Qayt və Cleverly dinc sakinləri qorumaq və humanitar yardım çatdırmaq üçün Qəzza zolağında təhlükəsiz dəhlizlərin açılmasının qaçılmazlığı barədə razılığa gəliblər.

Əbu Qayt vurğulayıb ki, beynəlxalq ictimaiyyət üzərinə düşən məsuliyyəti yerinə yetirməli və Qəzza zolağında mülki fələstinlilərə qarşı cinayətlərini dayandırmaq üçün İsrailə təzyiq göstərməlidir.

İsrailin Qəzza zolağındakı fələstinliləri şimaldan cənuba deportasiya etməyə məcbur etdiyini qeyd edən Əbu Qayt bütün bunları hərbi cinayətlər səviyyəsinə yüksələn və beynəlxalq hüququ pozan kollektiv cəzalar kimi qiymətləndirib.

Böyük Britaniyanın xarici işlər naziri Cleverly İsrail-Fələstin münaqişəsini dayandırmaq üçün birgə işləməyin vacibliyinə diqqət çəkib və şiddətin davam etməsinin regional qeyri-sabitliyə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər