İsveçdə Qurani-Kərimin yandırılması nifrət və zorakılığı artırır – İordaniya XİN

İsveçdə Qurani-Kərimin yandırılması nifrət və zorakılığı artırır – İordaniya XİN

Bakı. TurkicWorld:

İsveçdə Qurani-Kərimin yandırılması nifrət və zorakılığı artırır.

TurkicWorld-un məlumatına görə, bu barədə İordaniya XİN açıqlama verib.

İordaniya Xarici İşlər Nazirliyi İsveçin Malmö şəhərində Qurani-Kərimin yandırılmasını pisləyib və bunun "nifrət və zorakılığı artırdığı" bildirib.

“İordaniya dini simvolların müqəddəsliyini pozan və alçaldan, yalnız nifrət və zorakılığı qızışdıran, dinc yanaşı yaşayışı təhdid edən bu cür hərəkətləri şiddətli şəkildə qınayır” –deyə açıqlamada qeyd olunub.

Bəyanatda həmçinin bildirilib ki, islami simvollara edilən hücumların təkrarlanmasına icazə verilməməli və bu hərəkətlər cinayət sayılmalıdır.

Məlumat üçün qeyd edək ki, İraq əsilli Salvan Momika Malmö şəhərinin Lorensborgstorget bölgəsində polisin himayəsi altında Qurani-Kərimə hücum etməyə cəhd edib.

Bunun qarşısını almağa çalışan 3 nəfər polis tərəfindən saxlanılıb.

Aksiyadan sonra zirehli polis maşını ilə hadisə yerini tərk edən Momikanı 10-u zirehli olmaqla 20 polis maşını və təxminən 100 polis müşayiət edib.

Hafiz Rufizoğlu