Son dəqiqə

Türkiyə NATO PKK İsveç Rəcəb Tayyib Ərdoğan

Terror təşkilatı PKK İsveçdə Türkiyəni hədəf alan nümayiş keçirib

Bakı. TurkicWorld:

Terror təşkilatı PKK İsveçdə Türkiyəni hədəf alan nümayiş keçirib.

TurkicWorld-un məlumatına görə, nümayiş zamanı İsveçin NATO-ya üzvlük prosesi zamanı Türkiyə ilə bağladığı razılaşmanın ləğvi tələb edilib.

Əllərində terror təşkilatı PKK-nı simvolizə edən parça olan terror təşkilatı tərəfdarları prezident Rəcəb Tayyib Ərdoğana qarşı şüarlar səsləndiriblər.

Xatırladaq ki, sentyabrın 13-ü və 25-I terror təşkilatı tərəfdarları İsveçdə Türkiyəyə qarşı nümayişlər keçirib, şüarlar səsləndiriblər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər