Son dəqiqə

Sergey Lavrov Çin Rusiya Mariya Zaxarova Moskva Vanq Yi

Çinin xarici işlər naziri Moskvaya səfər edəcək

Bakı. TurkicWorld:

Çinin xarici işlər naziri Vanq Yi bazar sentyabrın 18-də Moskvaya səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat verib.

Məlumata görə Vanq Yi Moskvada həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin, o cümlədən yüksək səviyyədə təmaslar müzakirə olunacağı deyilir.

Zaxarovanın sözlərinə görə, nazirlər həmçinin, dünya arenasında qarşılıqlı əlaqələrin möhkəmlənməsini, beynəlxalq təşkilat və forumlarda birgə fəaliyyəti, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Mövzuya görə xəbərlər