Son dəqiqə

Türkiyə Avropa İttifaqı Rusiya Ukrayna Dmitri Peskov Taxıl Dəhlizi Sazişi

Aİ Rusiyanın Taxıl Dəhlizi Sazişinə yenidən qoşulması üçün çağırış edib

Bakı. TurkicWorld:

Avropa İttifaqı Rusiyanın Qara dəniz Taxıl Dəhlizi Sazişinə yenidən qoşulması üçün çağırış edib.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Piter Stano bildirib.

"Rusiya Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün ən münasib marşrutu bağlayır. Bu, qəbuledilməzdir", - deyə Aİ rəsmisi qeyd edib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər