Son dəqiqə

Ukrayna Volodimir Zelenski

Krım tatar türkü Ukraynanın müdafiə naziri təyin edilib

Bakı. TurkicWorld:

Ukrayna prezidenti Zelenski Krım tatar türkü Rustem Umerovun müdafiə naziri təyin edilməsi barədə qərar verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimr Zelenski öz sosial media hesabında paylaşım edib.

“Ukraynanın müdafiə nazirini dəyişdirmək qərarına gəldim.Oleksey Reznikov 550 gündən çox davam edən genişmiqyaslı müharibəni yaşayıb. Hesab edirəm ki, nazirliyin həm orduya, həm də cəmiyyətə qarşı yeni yanaşmalara və yeni qarşılıqlı fəaliyyət formalarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov rəhbərlik etməlidir” - deyə paylaşımda qeyd olunub.

Məlumat üçün qeyd edək ki, Oleksey Reznikov 2021-ci ildən Ukraynanın müdafiə naziri vəzifəsini icra edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər