Rusiya zəlzələ

Rusiyanın Kuril adalarında 5,8 bal gücündə zəlzələ olub

Bakı. TurkicWorld:

Rusiyanın Kuril adaları sahillərində səhər saatlarında 5,8 bal gücündə zəlzələ olub.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin ada bölməsi məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanların episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 15 kilometr şərqdə, ocağı isə 140 kilometr dərinlikdə yerləşib.

Mövzuya görə xəbərlər