Bakı. TurkicWorld:
Dünyanın ən böyük üzən külək elektrik stansiyası (KES) istifadəyə verilib.
TurkicWorld-un məlumatına görə, Norveçin Şimal dənizindən 140 kilometr aralıda inşa edilən “The Hywind Tampen” KES-in rəsmi açılışı olub.
Norveç mərkəzli enerji şirkəti Equinor tərəfindən edilən açıqlamaya görə, ümumi quraşdırılmış gücü 88 meqavat olan elektrik stansiyasının ildə 200 min ton karbon emissiyasının qarşısını alması gözlənilir.
Məlumat üçün bildirək ki, elektrik stansiyası öz gücü ilə dünyanın ən böyük dəniz KES olmaqla yanaşı, həm də dənizdəki neft və təbii qaz platformalarını qidalandıran ilk elektrik stansiyası olma xüsusiyyətinə malikdir.
Bölgədəki neft və təbii qaz platformalarının illik enerji ehtiyacının 35 faizini ödəyəcək elektrik stansiyası üçün 7,4 milyard Norveç kron sərmayə qoyulub.
Hafiz Rufizoğlu