Son dəqiqə

Suriya partlayış

Dəməşqdə partlayış nəticəsində 6 nəfər ölüb, 23 nəfər isə yaralanıb

Bakı. TurkicWorld:

Suriyanın paytaxtı Dəməşq şəhərində motosikletə yerləşdirilən bomba partlayıb. Partlayış nəticəsində 6 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

TurkicWorld-in məlumatına görə, bu barədə Dəməşq rəhbərliyinin rəsmi xəbər agentliyi olan "SANA" Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

Axşam saatlarında Dəməşqin Səyyidə Zeynəb bölgəsində motosikletə yerləşdirilən bombanın partlaması nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı deyilib.

Hadisə yerinə polis və xilasetmə qrupları, həmçinin və təcili yardım maşınları göndərilib. Partlayışa görə məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

Mövzuya görə xəbərlər