Bakı. TurkicWorld:
Müharibənin davam etməsinə baxmayaraq, biz orduda, ölkədə islahatları davam etdiririk.
TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüs sammiti çərçivəsində NATO Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirib.
Zelenski vurğulayıb ki, "Eyni zamanda, biz anlayırıq ki, müharibə davam etdiyi müddətdə Ukrayna NATO-nun üzvü olmayacaq. Lakin verilən siqnallar bizim üçün önəmlidir. Çünki ikitərəfli görüşlərdə tərəfdaşlarımızın verdiyi bəyanatlarda əminlik var".
Qeyd edək ki, Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edir.
Xatırladaq ki, iyulun 11-dən başlayan NATO-nun builki Sammiti bu gün işini yekunlaşdırır.