Papa Fransisk Ukraynada sülh üçün missiyaya rəhbər təyin edib

Papa Fransisk Ukraynada sülh üçün missiyaya rəhbər təyin edib

Bakı. TurkicWorld:

Roma Papası Fransisk İtaliya Yepiskopları Konfransının rəhbəri, kardinal Matteo Zuppiyə Ukraynada sülh missiyasına rəhbərlik etməyi tapşırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

"Hazırda bu missiyanın vaxtı və onun şərtləri öyrənilir", - deyə M.Bruni qeyd edib.