İtaliya Rəqabət Təşkilatı Amazona 10 milyon avro cərimə kəsib

İtaliya Rəqabət Təşkilatı Amazona 10 milyon avro cərimə kəsib

Bakı, TurkicWorld

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib.

TurkicWorld xəbər verir ki, Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satın alma variantının avtomatik olaraq "birdəfəlik" əvəzinə "təkrarlanan dövri alış" olaraq təyin edilməsi istehlakçılara ziyan vurub.

Bundan başqa, Amazon-un törəmə şirkətləri, Lüksemburqda yerləşən Amazon Services Europe və Amazon EU da cəzadan təsirlənib.