Fələstin dövləti qurularsa, sülh üçün əsgər göndərməyə hazırıq – Antonio Tajani

Fələstin dövləti qurularsa, sülh üçün əsgər göndərməyə hazırıq – Antonio Tajani

Bakı,TurkicWorld

Fələstin dövləti qurulacağı təqdirdə başqa ölkələrin qüvvələri ilə əsgər göndərilməsi də daxil olmaqla, sülh üçün çalışmağa hazırıq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki,bu sözləri İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ANSA agentliyinin təşkil etdiyi forumda deyib.

“Biz İsrailin dostuyuq, lakin Fələstin dövləti qurulacaqsa, potensial olaraq digər ölkələrin qüvvələri ilə qoşun göndərilməsi də daxil olmaqla, sülh üçün çalışmaq istəyirik”,- deyə nazir bildirib.

Fələstin rəhbərliyi ilə güclü dialoqa sahib olduqlarını bildirən Tajani Fələstinin baş naziri Məhəmməd Mustafanı Romaya dəvət etdiyini də xatırladıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.