Preziden Ərdoğan: "Dövlət yanğınların söndürülməsi üçün bütün imkanlarını səfərbər etmişdir"

Preziden Ərdoğan: "Dövlət yanğınların söndürülməsi üçün bütün imkanlarını səfərbər etmişdir"

Prezident Rəcəb Tayyib Ərdoğan, dövlətin meşə yanğınlarını nəzarət altına almaq və tamamilə söndürmək üçün bütün imkanlarını səfərbər etdiyini bildirib.

Turkic.World TRT Azərbaycan-a istinadən xəbər verir ki, Prezident Ərdoğan meşə yanğınının baş verdiyi bölgədə olan kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli, ətraf mühit və şəhərsalma naziri Murat Kurum və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonda davamlı əlaqə saxlayaraq, yanğınlara nəzarət edilməsi ilə əlaqədar işlər və baş verənlər haqqında dərhal məlumat alır.

Yanğınlar zamanı həyatını itirən 4 vətəndaşa Allahdan rəhmət diləyən Ərdoğan yanğından təsirlənən bölgələrdə yaşayan insanlara keçmiş olsun diləklərini çatdırıb.

Dövlətin yanğınlara nəzarət etmək və tamamilə söndürmək üçün bütün imkanları ilə səfərbər olduğunu ifadə edən Ərdoğan fəsadları aradan qaldırmaq üçün vətəndaşların yanında olduqlarını ifadə edib.

Nazir Bəkir Pakdəmirli isə 28-29 iyul tarixlərində davam edən və söndürülən yanğınlarla bağlı son məlumatları öz "Twitter" hesabında paylaşdı.

Pakdəmirli, "Bu mübarizədə, xüsusilə də meşəlik sahələrdə işləyən qəhrəmanlarımız, ictimai qurumlarımız və bütün xalqımız, gələcəyimiz üçün bütün gücümüzlə, səylə mübarizə aparırıq. Bütün Türkiyənin duaları bizimlədir. Ürəyimiz yanır, söndürəcəyik" deyib.

Pakdəmirli 42 yanğının nəzarət altına alındığını, 21 yanğının davam etdiyini bildirib. Sonrakı saatlarda Manisa Somadakı yanğının nəzarət altına alınması ilə nəzarət altına alınan yanğın sayı 43-ə çıxıb.