Bakı. TurkicWorld:
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat verib.
Qeyd edilib ki, Bakıya səfəri çərçivəsində Luis Bono dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.
ABŞ diplomatı Ermənistan və Gürcüstana da səfər edəcək.