Son dəqiqə

Sudan Sudanın siyasi vəziyyəti Sudan vətəndaş müharibəsi Sudanda humanitar böhran Sudanda vəba epidemiyası Sudandakı böhran: Əl-Fəşərdə humanitar vəziyyət kritik həddə çatıb Sudanda gərginlik artır: RSF Babanusanı nəzarətə götürdü Sudan münaqişəsi: RSF ordunun hücumunu geri püskürtdü Sudanda PUA hücumu uşaq bağçasını hədəfə aldı

Sudanda məcburi köçkün düşərgəsinə dron zərbəsi: azı 15 uşaq həlak olub

BAKI, TurkicWorld, Nailə Babazadə

BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, Sudanın Qərbi Kordofan bölgəsində məcburi köçkün düşərgəsinə endirilən dron zərbəsi nəticəsində azı 15 uşaq ölüb.

TurkicWorld xəbər verir ki, UNICEF-in 18 fevral tarixli bəyanatında bildirilir: 16 fevralda Əl-Sunut ərazisində yerləşən məcburi köçkün düşərgəsinə dron zərbəsi endirilib, nəticədə azı 15 uşaq həlak olub, 10 uşaq yaralanıb.

UNICEF-in icraçı direktoru Ketrin Rassel Kordofan bölgəsində vəziyyətin kəskinləşdiyini qeyd edərək, Darfurda müşahidə olunan “narahatedici oxşar mənzərələrin” burada da təkrarlandığını vurğulayıb: uşaqların öldürüldüyünü, yaralandığını, didərgin düşdüyünü və yaşamaq üçün zəruri xidmətlərdən təcrid edildiyini bildirib.

Bununla yanaşı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı son günlər Sudanın müxtəlif bölgələrində dron hücumları nəticəsində mülki itkilərin artmasından narahatlığını ifadə edib.

Mövzuya görə xəbərlər