Son dəqiqə

Atom bombası ve sağlık riskleri Nükleer silahların insan sağlığına etkileri Nükleer patlamaların uzun vadeli sonuçları Atom bombalarının insanlığa bedeli Radiasiya təhlükəsi və atom bombalarının izi Nüvə silahlarının bəşəriyyətə təsiri Atom bombası və uzunmüddətli radiasiya riskləri Nüvə silahlarının sağlamlıq üçün ağır nəticələri

Nüvə partlayışlarının insan sağlamlığına təsiri nələrdir?

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Nüvə silahlarının istifadəsi XX əsrin tarixində bəşəriyyət üçün ən ağır fəsadlara yol açan hadisələrdən biri kimi qiymətləndirilir.

Nüvə bombasının partlaması zamanı yaranan dağıdıcı təsir bir neçə əsas amilin — yüksək temperatur, güclü zərbə dalğası, ionlaşdırıcı radiasiya və radioaktiv çöküntünün — birgə təsiri nəticəsində formalaşır. Partlayışın mərkəz nöqtəsində temperatur milyonlarla dərəcəyə çata bilər və bu ərazidə olan hər şey dərhal məhv olur. Mərkəzdən uzaqlaşdıqca əsas itkilər yanıq xəsarətləri, uçan dağıntıların yaratdığı travmalar və güclü radiasiya təsiri ilə əlaqələndirilir.

Tarixi təcrübə, xüsusilə Xirosima və Naqasakidə baş verən hadisələr göstərib ki, nüvə partlayışlarının təsiri yalnız dərhal baş verən dağıntılarla məhdudlaşmır. Patlamadan sonra havaya qalxan radioaktiv hissəciklər küləklərin təsiri ilə geniş ərazilərə yayılır, su mənbələrinə qarışır və partlayış zonasından uzaqda yaşayan insanlar üçün də təhlükə yaradır.

Mütəxəssislərin araşdırmalarına əsasən, radiasiya insan orqanizmində sürətlə bölünən hüceyrələrə — saç köklərinə, bağırsaq sisteminə, sümük iliyinə və reproduktiv orqanlara — daha çox təsir edir. Qısa müddətdə müşahidə edilən əlamətlər arasında ürəkbulanma, halsızlıq və immun sisteminin zəifləməsi qeyd olunur. Uzunmüddətli perspektivdə isə radiasiya təsiri müxtəlif xərçəng növləri, xüsusilə leykoz, sonsuzluq və irsi problemlər riskini artırır.

Bu səbəbdən nüvə silahlarının nəticələri yalnız hərbi və siyasi deyil, həm də uzunmüddətli humanitar və sağlamlıq böhranı kimi dəyərləndirilir. Alimlər bu gün də atom bombalarından sağ qalan insanların sağlamlıq vəziyyətini araşdırmaqda davam edir və nüvə təhlükəsinin bəşəriyyət üçün davamlı risk olduğunu vurğulayırlar.