Türkiyədə meşə yanğını nəticəsində 19 nəfər xəsarət alıb

Türkiyədə meşə yanğını nəticəsində 19 nəfər xəsarət alıb

Bakı. TurkicWorld:

Türkiyənin Muğla əyalətinin Datça rayonunda meşə yanğını nəticəsində 19 nəfər xəsarət alıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, 9 nəfərin müalicəsi davam edir, 9 nəfər artıq evə buraxılıb, 1 nəfərə isə tibbi yardım lazım olmayıb.

Kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi, öz növbəsində, bildirib ki, yanğın nəticəsində 2,6 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. “Yanğın 500 hektar meşə sahəsini məhv edib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Güclü külək yanğının söndürülməsinə mane olur. Hələlik yanğını nəzarət altına almaq mümkün olmayıb.

Qeyd edək ki, Datçada meşə yanğınının söndürülməsinə 10 təyyarə, 20 helikopter, 200-dən artıq digər texnika və 1,2 min canlı qüvvə cəlb edilib.