Türkiyənin sualtı müdafiə qrupları Bosfor boğazında minanı zərərsizləşdirib. Ekspertizanın göstərdiyi kimi, sursat köhnə tipli modelindən olub.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Nazir deyib ki, səhər saatlarında Bosfor boğazı sahillərində kommersiya gəmisi minaya bənzəyən obyekt gördüyünü bildirib.
"Araşdırma nəticəsində onun köhnə tipli mina olduğu məlum olub, o Türkiyə sualtı müdafiə qrupları tərəfindən zərərsizləşdirilib. Bu məsələ ilə bağlı Rusiya və Ukraynanın hakimiyyət orqanları ilə danışıqlar davam edir", - deyə H.Akar qeyd edib.
Onun sözlərinə görə, dəniz gəmiçiliyinin təhlükəsiz davamını təmin etmək üçün Sahil Mühafizəsi və digər aidiyyəti qurum və təşkilatlar, xüsusilə Türkiyə Hərbi Dəniz Qüvvələri ilə lazımi koordinasiya işləri aparılıb.