Son dəqiqə

Gənclər və İdman Nazirliyi Fərid Qayıbov Azərbaycan Gimnastika federasiyası

“Gimnastika hamı üçün” kollokviumu öz işinə başlayıb

BAKI,TurkicWorld

Bu gün Bakıda UNESCO-nun himayəsi altında, Beynəlxalq Gimnastika Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Gimnastika hamı üçün” kollokviumu öz işinə başlayıb.

TurkicWorld xəbər verir ki, UNESCO üzrə Azərbaycan Milli Komissiyası məlumat yayıb.

Bildirilib ki, tədbirdə idmanın inklüzivliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və gimnastikanın daha geniş auditoriyaya çatdırılması istiqamətində əhəmiyyətli mövzularda geniş müzakirələr aparılıb.

“Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi ölkəmizin bu sahədə mühüm tərəfdaş olduğunu bir daha təsdiqləyir. Təşkilatçılara təşəkkür edirik”, - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər