Son dəqiqə

gimnastika

Azərbaycanın qadın qrupu Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında birinci yeri tutub (FOTO)

Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında 28,930 xalla birinci yeri tutub.

TurkicWorld-un məlumatına görə, ikinci yeri Belçika qrupu (28,650), üçüncü yeri isə Rusiya qrupu (28,400 xal) tutub.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Mövzuya görə xəbərlər