Keçən il 6362 nəfərə "Şəhid ailəsi üzvü" vəsiqəsi hazırlanıb

Keçən il 6362 nəfərə "Şəhid ailəsi üzvü" vəsiqəsi hazırlanıb

2021-ci ildə 6362 şəxs üçün "Şəhid ailəsi üzvü" vəsiqəsi hazırlanıb.

TurkicWorld xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və 2022-ci ildə qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında deyib.

Qeyd edək ki, şəxsin şəhid hesab edilməsi üçün tələb olunan sənədlər əsasında şəxsə şəhid, ailə üzvlərinə isə şəhid ailəsi üzvü statusu verilməsi barədə 1 aydan gec olmayaraq arayış təqdim olunur. Həmin arayış əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli struktur bölmələri tərəfindən şəhid ailəsi vəsiqəsi verilir.