Son dəqiqə

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Sosial Xidmətlər Agentliyi Gənclər Günü

Sosial xidmət müəssisələrinin gənc sakinləri ahıllarla bir gün keçirdilər

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan gənclər və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları ahıl şəxsləri ziyarət ediblər.

TurkicWorld Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, 2 fevral - Gənclər Günü münasibətilə təşkil olunan tədbirdə gənclər Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə maraqlı vaxt keçiriblər.

Onlar birlikdə dulusçuluq nümunələri hazırlayıb, xalça toxuyublar. Peşə-əmək Reabilitasiya Mərkəzində bərbər kurslarına cəlb edilən gənclər ahılların saçlarına qulluq göstəriblər, aşpaz gənclər isə ahıllarla birgə tort bəzəmə üzrə master-klasda iştirak ediblər.

Sonra ahıllar və gənclər arasında velosiped yarışı keçirilib, qaliblərə hədiyyələr təqdim edilib. Tədbir nəsillərarası ünsiyyətin möhkəmləndirilməsi və səmimi münasibətlərin qurulması məqsədi daşıyıb.

Mövzuya görə xəbərlər