Bakı, TurkicWorld
Biz ədalətli və bərabər dünya olacağına inanırıq və bunun üçün çalışırıq.
TurkicWorld xəbər verir ki, bu barədə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı jurnalist Abdarahmane Wone deyib.
O qeyd edib ki, Afrika ölkələri Fransa müstəmləkəçiliyindən əziyyət çəkənlərdən biridir.
"Bu müstəmləkə halı qadınlarımızın, uşaqlarımızın ləyaqətlə yaşamasına mane olur. Bizə qarşı diskriminasiya siyasəti həyata keçirilir, qul kimi yanaşılır.
Biz inanırıq ki, müstəmləkəçiliyə qarşı açdığımız bu savaşı qazancağıq. Ümid edirəm ki, bizim icmalarımız bu savaşın nə demək olduğunu anlayaraq birləşəcək və biz qalib gələcəyik",- deyə o bildirib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.