Bakı, TurkicWorld
Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın II Bundesliqa klubu "Nürnberq"də debüt edə bilər.
TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, "Bild" nəşri "Hamı Emreliyə ümid bəsləyir" başlığı ilə yazı paylaşıb.
Yazıda komandanın baş məşqçisi Miroslav Klozenin oyundan əvvəl Mahirlə bağlı fikirləri yer alıb: "Mahir düz yoldadır. Amma o, hələ 90 dəqiqə oynamağa hazır deyil. İnanıram ki, Emreli zamanı gələndə vəziyyəti dəyişəcək. Mahir bunu, hətta məşqlərdə də göstərdi".
Qeyd edək ki, "Nürnberq" bu gün 6-cı turda "Herta"nı sınağa çəkəcək. Matç saat 15:00-da başlayacaq.