Müharibə veteranı adları hərbçilərin xidmət keçdiyi orqanlar tərəfindən veriləcək - Nazir müavini

Müharibə veteranı adları hərbçilərin xidmət keçdiyi orqanlar tərəfindən veriləcək - Nazir müavini

Müharibə veteranı adları müvafiq hərbçilərimizin xidmət keçdiyi orqanlar tərəfindən veriləcək.

TurkicWorld-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlar və qanun layihəsi ilə əlaqədar brifinqdə deyib.

Onun szölərinə görə, müvafiq qurumlar döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdıracaq:

"Vəsiqələr verildikdən sonra həmin şəxslərin adı sistemə salınacaq və onlara təqaüd veriləcək.

Bu, təqaüd aylıq təqaüdlərdir.

Adlarına müvafiq bank kartları açılacaq və müvafiq bank şöbələrinə yaxınlaşıb bu kartları ala biləcəklər", - nazir müavini deyib.

A.Kərimovun sözlərinə görə, bu, postmüharibə kontingentinə göstərilən qayğının nəticəsidir:

"Bu çərçivədə 47 min xidmət göstərilir. Onun 20 minini sosial ödənişlər təşkil edir. Bu istiqamətdə 8200 vətəndaşımız müxtəlif məşğulluğa cəlb edilib. 1200 şəhid ailə üzvü iş yeri ilə təmin olunub. Təkcə sosial ödənişlər deyil, mənzil, avtomobil təminatı da var. Bundan başqa mindən artıq qazimiz reabilitasiya vasitələri ilə təmin edilib", - o əlavə edib.