Prioritetlərimizdən biri də Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasıdır - Anar Kərimov

Prioritetlərimizdən biri də Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasıdır - Anar Kərimov

2030-cu il üçün milli prioritetlər siyahısında mədəni və yaradıcı sənayelərin inkişafı da yer alır və dayanıqlı iqtisadiyyatın inkişafı bölməsində bu da qeyd olunub.

TurkicWorld-un məlumatına görə, bunu bu gün “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda mədəniyyət naziri Anar Kərimov deyib. Nazir bildirib ki, mədəniyyət sahəsində hüquqi baza təkmilləşdirilir.

"Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi və ərazilərimizə mədəniyyətin qaytarılması missiyamız da davam etdirilir. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi çox önəmli mesaj idi. Bu, Azərbaycanın azad edilmiş ərazilərinə öz mədəniyyəti ilə qayıdışı idi. Azərbaycan Qarabağa təkcə iqtisadi, enerji layihələri ilə deyil, eyni zamanda, "yumşaq güc"lə qayıdır. Azərbaycan Xocalı soyqırımına məruz qalmasına baxmayaraq, bu ərazilərə sülh çağırışları ilə qayıdır”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, yeni strategiya mədəniyyət sahəsinə də yeni baxışdır.

“Prioritetlərimizdən biri də Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasıdır”, - deyə o, vurğulayıb