Azərbaycan böyük tarixi şəxsiyyətlərə sahibdir, onlardan biri də dahi Nizami Gəncəvidir.
TurkicWorld xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Nizami Gəncəvi Mədəni İrsi XXI əsr" simpoziumunda çıxışı zamanı deyib.
"Təsadüfi deyil ki, dünyanın əksər kitabxanalarında Nizami Gəncəvinin külliyyəti saxlanılır, müxtəlif dillərə tərcümə edilir. Onun əsərləri bizə həyatın mənasının düsturunu yazmağa imkan verir.
Doğruluq, vətənə məhəbbət, yaxşı əməllərin əhəmiyyəti Nizami əsərlərində açıqlanır. Biz sevinməli, fəxr etməliyik ki, bizim belə böyük şəxsiyyətlərimiz var. Nizami irsini qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu simpoziumun da əsas məqsədi budur", - deyə o bildirib.